XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ənənəvi turnirdən medal sevinci
İdman 10:40 / 26.02.2024

Fevralın 23-25-də Rumıniyanın Ployeşti şəhərində 23-cü "Irina Deleanu Cup” beynəlxalq turniri keçirilib. 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi yarış bədii gimnastlarımızın uğurlu çıxışları ilə yadda qalıb. Milli komandanın məşqçisi Aliyə Paşayeva və məşqçi Nərmin Cahangirovanın rəhbərliyi altında yarışa yola düşən ən zərif gimnastika növünün təmsilçiləri ölkəmizə bu növ üzrə ilin ilk medallarını qazandırıblar. Komandamızın aktivinə ilk medalı gənc gimnastlarımız Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yazdırıblar. Gimnastlarımız komanda hesabında fəxri kürsünün ikinci pilləsində yer alıblar. Milli komandamızın gənc üzvləri fərdi proqramda da fərqləniblər. Sofiya Məmmədova topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb. Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib. Böyüklər arasında çıxış edən İlona Zeynalova çoxnövçülük proqramında yarışı üçüncü pillədə başa vurub. Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nəzrin Cəfərzadə turnirdə ölkəmizi hakim kimi təmsil edib.


19943 oxunub

InvestAZ