XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kamerunlu döyüşçü rəqibini gözləyir
İdman 12:09 / 25.02.2024
Kamerunlu Frensis Nqannou növbəti döyüşünü Rayan Beyder və Renan Ferreyra cütlüyünün qalibi ilə keçirəcək. Bu barədə Liqanın sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb.
Xatırladaq ki, Nqannou ikinci boks döyüşünü martın 8-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirəcək. Onun rəqibi keçmiş ağır çəkidə dünya çempionu Entoni Coşua olacaq. Amerikalı ağır çəkili Bellator çempionu Rayan Beyderin 34 qələbəsi və yeddi məğlubiyyəti var. O, sonuncu dəfə 2023-cü il fevralın 4-də baş tutan "Bellator-290”da Feyodor Emelianenko ilə döyüşüb. Onların döyüşü ilk raundda Baderin nokautu ilə başa çatıb.
Renan Ferreyra 4 məğlubiyyətlə 10 qələbə qazanıb. Braziliyalı döyüşçü sonuncu dəfə 2023-cü il noyabrın 24-də PFL ağır çəkidə Qran Pri finalında çıxış edib. Onun rəqibi Renanın ilk raundda nokaut etdiyi rusiyalı döyüşçü Denis Qoltsov olub.
22420 oxunub

InvestAZ