XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan birinciliyinə start verildi
İdman 17:40 / 23.02.2024
Fevralın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.
Birinciliyinin açılış mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb. Vitse-prezident onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib.
Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.
Yarışda ilk olaraq qızlar körpücük üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

21490 oxunub

InvestAZ