XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi
İdman 16:04 / 22.02.2024

Ağırlıqqaldırma ailəsinə itki üz verib. Tanınmış mütəxəssis, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, müəllim, dosent Qubad Cəbrayılov dünyasını dəyişib.

Bu barədə Azərbaycan Ağırlıqaldırma Federasiyasından məlumat verilib.

Qubad Əli oğlu Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.

Q.Cəbrayılovun məşqçilik karyerası da uğurlu olub. Onun rəhbərliyi altında idman ustaları, müxtəlif yarışlarına qalibləri, həmçinin ilk beynəlxalq dərəcəli idman ustası - Cəbrayıl Cəbrayılov yetişib.

Qubad Cəbrayılov həmçinin beynəlxalq dərəcəli hakim olub, 1998-ci ildən müxtəlif beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

1964-cü ildən paralel olaraq müəllimlik fəaliyyəti ilə də məşğul olub, 1966-cı ildə ATU-nun Bədən tərbiyəsi kafedrasında müəllim, 1973-cü ildən ADBTİA-da müəllim, 1984-cü ildən isə baş müəllim vəzifəsində çalışıb, dosent olub.

Əldə etdiyi müvəffəqiyyətlər dövlət tərəfindən yüksək qiymətləndirilib və 1996-cı ildə ona Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2011-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adları verilib.

Allah rəhmət eləsin!



22260 oxunub

InvestAZ