XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Murov Az Terminal” turu qələbə ilə başa vurdu
İdman 13:18 / 21.02.2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 14-cü tur çərçivəsində iki oyun təşkil olunub.

UNEC-in idman zalında keçirilən oyunda "Murov Az Terminal” və UNEC komandaları üz-üzə gəlib. Oyun "Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında GİN-nin Voleybol Mərkəzində "Abşeron” klubu "Gəncə”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun son qarşılaşması bu gün GİN-nin Voleybol Mərkəzində keçiriləcək. "Milli Aviasiya Akademiyası” və "Azərreyl” arasında təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Beləliklə, "Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. "Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, "Abşeron” 30 xalla (10 qələbə) 3-cü, "Gəncə” 18 xalla (6 qələbə) 4-cü, "Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.




20305 oxunub

InvestAZ