XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün "Böyük dəbilqə" turnirinə start verilir
İdman 10:21 / 16.02.2024

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə” turnirinə start veriləcək. İlk yarış günündə Azərbaycanın 16 idmançısı tatamiyə çıxacaq. Qadınların mübarizəsində 1/16 finalda Könül Əliyeva (48 kiloqram) Marina Vorobyova (AİN), Ramilə Əliyeva (48 kiloqram) Lois Petit (Belçika), Aydan Vəliyeva (52 kiloqram) Naomi Van Krevel (Niderland), Xədicə Qədəşova (52 kiloqram) Sofia Asvesta (Kipr), Fidan Əlizadə (57 kiloqram) Xayone Ekisoain (İspaniya), Açelya Toprak (57 kiloqram) Fazilat Qulboyeva (Tacikistan) ilə qarşılaşacaq.

Gültac Məmmədəliyeva (52 kiloqram) və Leyla Əliyeva (48 kiloqram) isə yarışa 1/8 finaldan başlayacaqlar.

Kişilərin yarışında isə 1/16 finalda Turan Bayramov (60 kiloqram) Mohammed Falata (Səudiyyə Ərəbistanı), Əhməd Yusifov (60 kiloqram) Miçel Auqusto (Braziliya), Nazir Talıbov (60 kiloqram) Ramazan Abdulayev (AIN), Kamran Süleymanov (66 kiloqram) Straxina Bunçiç (Serbiya), Rəşad Yelkiyev (66 kiloqram) Yanislav Gerçev (Bolqarıstan), İslam Rəhimov (66 kiloqram) Vilyar Lipardla (Estoniya) yarışacaq.

Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) mübarizəyə 1/8 finaldan start verəcəklər.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 33 cüdoçu ilə təmsil olunur.


21097 oxunub

InvestAZ