XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Qalatasaray"dan əzmkar qələbə
İdman 23:57 / 15.02.2024

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunlarına start verilib. Türkiyənin "Qalatasaray" klubu doğma meydanda Çexiyanın "Sparta” (Praqa) klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başq çatıb - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə son nöqtəni qoyub.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Viktor Nelsson 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq "sarı-qırmızılar"ı azlıqda qoyub. Praqa klubunda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü fevralın 22-də olacaq.


17456 oxunub

InvestAZ