XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Növbəti voleybol düşərgəsi Naxçıvanda təşkil olunub
İdman 16:07 / 15.02.2024

Fevralın 13-15-də Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi təşkil olunub.

Düşərgə çərçivəsində bu bölgədən olan voleybol məşqçiləri ilə görüş keçirilib.

AVF nümayəndələrinin, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın iştirakı ilə baş tutan görüşdə bölgələrdə voleybolun inkişafından, mütəxəssislərin fəaliyyətindən danışılıb, bu idman növünün yeni qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Naxçıvan MR-də təşkil olunan düşərgə bu ilin ikinci düşərgəsidir. İlin ilk düşərgəsi 9-11 fevral tarixlərində Gəncə və Tovuz RVK-larında təşkil olunmuşdur. Növbəti düşərgə 21-23 fevral tarixlərində Sumqayıtda baş tutacaq.


21229 oxunub

InvestAZ