XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Qarabağ" üçün tarixi oyun
İdman 11:07 / 15.02.2024

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ” komandası da bu mərhələdə ilk oyununu keçirəcək.

Qurban Qurbanovun komandası Portuqaliyada "Braqa” ilə tarixi oyuna çıxacaq. 

"Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. "Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərinin heyətində isə Bruma və Adrian Marin zədəli olduqları üçün oyunu buraxacaqlar.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.


20012 oxunub

InvestAZ