XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək
İdman 16:03 / 14.02.2024

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Gecənin maraqla gözlənilən oyunlarından biri İtaliyada təşkil olunacaq. Romadakı "Stadio Olimpico”da təşkil olunacaq oyunda "Latsio" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da təşkil olunacaq.

Gecənin digər oyununda isə PSJ komandası Fransada İspaniya təmsilçisi "Real Sosyedad"la qarşılaşacaq. "Park de Prens"də təşkil olunacaq oyun saat 00:00-da başlayacaq.

Bu komandalar arasında cavab matçları martın 5-6-da təşkil olunacaq.



19674 oxunub

InvestAZ