XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Olimpiya Təsnifat Turnirinə Türkiyədə hazırlaşırlar
İdman 11:27 / 14.02.2024

Qadın boksçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığma komandamız Olimpiya Təsnifat Turnirlərinə hazırlığı Trabzonda davam etdirir.

Toplanış fevralın 25-də başa çatacaq. Hazırlıqda məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər.

Boksçularımız Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə hazırlıq keçirlər. Toplanış çərçivəsində sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.


21569 oxunub

InvestAZ