XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqasında növbəti oyunların cədvəli açıqlanıb
İdman 13:55 / 12.02.2024
Qadın və kişi voleybolçuların Yüksək Liqasında keçiriləcək növbəti oyunların vaxtı açıqlanıb. 
Qadınların çempionatına fevralın 13-də "Azərreyl” – "Murov Az Terminal” matçı ilə start veriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 17:00-da başlayacaq. Fevralın 14-də isə eyni məkanda "Milli Aviasiya Akademiyası” və "Abşeron” kollektivləri üz-üzə gələcəklər. Oyun saat 15:00-da start götürəcək.
Tura fevralın 17-də keçiriləcək UNEC – "Gəncə” matçı ilə yekun vurulacaq. Görüş UNEC-in İdman Zalında saat 15:00-da təşkil olunacaq.
Kişi voleybolçuların mübarizəsində isə fevralın 15-i saat 16:00-da çempionluğa iddialı "Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Murov Az Terminal”ı qəbul edəcək.
Günün digər qarşılaşmasında autsayder MOİK "Murov Az Terminal”ın idman zalında "Neftçi” ilə görüşəcək. Oyun saat 18:00-da başlayacaq.
 

22714 oxunub

InvestAZ