XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləşçilərimiz Avropa çempionatının finalında
İdman 23:48 / 12.02.2024
Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
55 kq çəki dərəcəsində çıxış edən Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.
Murad Məmmədov (63 kq) rusiyalı Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.
Azərbaycanın digər təmsilçisi İslam Abbasov (87 kq) Serbiya təmsilçisi Aleksandr Komarova uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Yarımfinalda türkiyəli Rza Kayaalpa məğlub olan Beka Kandelaki (130 kq) də üçüncü yer uğrunda mübarizə aparacaq.
1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə yenilən Sənan Süleymanov (77 kq) rəqibi finala yüksələ bilmədiyi üçün turniri medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

21283 oxunub

InvestAZ