XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlarımız “Queen Cup” turnirində 10 medal qazanıblar
İdman 15:29 / 12.02.2024

Bədii gimnastika üzrə "Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

Onlardan 7-si qızıl, 1-i gümüş, 2-si bürünc mükafat olub.

Təmsilçilərimizdən Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub. Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.




25415 oxunub

InvestAZ