XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı üçün yekun heyətləri açıqlandı
İdman 18:49 / 09.02.2024

Fevralın 12-18-i aralığında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçiləri start verəcəklər.

Heyətdə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Ayona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.

Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.


19202 oxunub

InvestAZ