XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Futbolçulara mavi vərəqə göstəriləcək
İdman 11:05 / 09.02.2024

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) mavi kartların oyun qaydalarına daxil edilməsinə razılıq verib. "The Telegraph” qəzetinin yaydığı xəbərə görə, bir oyunçuya mavi vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan kənarlaşdırılacaq. Bir matçda iki mavi vərəqə isə futbolçunun oyundan kənarlaşdırılmasına bərabər olacaq. Nəticədə həmin kartların rəngi dəyişib, qırmızıya çevriləcək. Bildirilir ki, İFAB bu yeniliyi qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçirmək niyyətindədir. Eyni zamanda, İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdə öz yarışlarında bu qaydanı tətbiq etməyə hazırlaşır.

Qeyd olunur ki, göstəriləcək mavi vərəqənin narıncı rəngə çevrilməsi təklifi verilib. Lakin sonradan digər kartların rənglərinə - sarı və qırmızıya bənzəməməsi üçün onu mavi etmək qərarına gəlib.


20571 oxunub

InvestAZ