XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tayson Holifildlə şəklini paylaşıb
İdman 21:25 / 08.02.2024

Əfsanəvi amerikalı boksçu, keçmiş mütləq dünya çempionu Mayk Tayson sosial şəbəkə hesabında iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Evander Holifildlə şəklini paylaşıb. Tayson şəkilin altından "Biz dişləmə döyüşündən bəri çox yol qət etmişik" sözlərini yazıb. Holiflid isə bu paylaşımda "Mən səni sevirəm, Mayk" deyə cavab verib.

Xatırladaq ki, Tayson onların cavab görüşündə Holifildin qulağının bir hissəsini dişləmişdi. Bu görüşdə Evander Maykdan WBA çempionluğu titulunu almışdı. Revanş görüşündə isə Tayson diskvalifikasiya edilmidi. Ona 3 milyon dollar cərimə təyin edilmiş, boks lisenziyası əlindən alınmışdı. Daha sonra həmin lisenziyası ona qaytarıldı. Həmin vaxtdan etibarən Holifildlə Mayk arasında sıx dostluq münasibəti qurulub.

 


19109 oxunub

InvestAZ