XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



41-ci final rekord sayılacaq
İdman 15:22 / 08.02.2024
Gecə saatlarında Madrid «Atletiko»su ilə və Bilbao "Atletik»i Kral Kubokunun 1/2 final mərhələsinin ilk oyununda üz üzə gəliblər. Madriddəki "Civitas Metropolitano" stadionunda keçirilən görüşdə basklar ilk hissədə Alejandro Berenquerin penaltidən vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıblar - 1:0.

Əgər cavab qarşılaşmasında "Atletik" mərhələni keçsə, tarixində 41-ci dəfə Kral Kubokunun finalına çıxacaq. Bu göstəricidə lider isə hələ ki, "Barselona"dır. Kataloniya təmsilçiləri turnirin həlledici matçında 42 oyunda üstünlük əldə ediblər ki, həmin mübarizədə 31 dəfə kuboka yiyələniblər. Siyahıda ikinci yeri Madrid «Real»ı tutur. 40 (20 kubok).


21335 oxunub

InvestAZ