XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək
İdman 13:23 / 08.02.2024
Fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış "İdman həftəsi” və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
"Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs 20.02.2024 tarixədək https://ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçərək tarixi hadisənin iştirakçısı ola bilərlər. 
Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yazmaq və ya hər gün saat 09:00-dan 18:00-dək 187 qısa nömrəsi ilə əlaqə saxlamaq olar.

23623 oxunub

InvestAZ