XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşəcək
İdman 10:12 / 08.02.2024

Bu gün Fransanın paytaxtı Parisdə futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025 mövsümün püşkü atılacaq.

Püşkatmada Azərbaycan yığmasının da rəqiblərinin adına aydınlıq gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq. Qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.

UEFA Millətlər Liqası
2024/2025 mövsümü
8 fevral

A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova
2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.


23040 oxunub

InvestAZ