XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



FİFA “MetLife” stadionu barədə məlumat yayıb
İdman 17:09 / 05.02.2024
2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Nyu Cersi ştatının Şərqi Ruterford şəhərindəki "MetLife” stadionunda keçiriləcək. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Turnirin həlledici qarşılaşması iyulun 19-da baş tutacaq. Məlumatda «MetLife» stadionundan geniş bəhs olub. Arenanın hazırkı tamaşaçı tutumu 82,5 min tamaşaçı üçün nəzərdə tutulub. Lakin 2026-cı il dünya çempionatı başlayana qədər bu, 87,2 minə qədər genişləndiriləcək. Stadion 2010-cu ildə tikilib və Nyu-Yorkun mərkəzindən yarım saatlıq məsafədə yerləşir.

Bildirilir ki, 2026-cı il dünya çempionatının yarımfinal oyunları Arlinqtonda (Dallasın ətrafı) və Atlantada keçiriləcək. Üçüncü yer uğrunda görüş Mayamidə baş tutacaq.

2026 FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq birdən üç ölkə - ABŞ, Kanada və Meksika ona ev sahibliyi edəcək. Turnir yeni sistem üzrə keçiriləcək. Turnir iştirakçılarının sayı 32-dən 48-ə, qarşılaşmaların sayı isə 64-dən 104-ə çatdırılacaq.


25664 oxunub

InvestAZ