XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
İdman 10:39 / 05.02.2024

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) Formula 1 üzrə Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verib.

BŞH-in mətbuat xidmətindən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs proqrama qoşula bilər.

Proqrama cəlb ediləcək marşallar Qran-Prinin əvəzolunmaz bir parçası olmaq, eyni zamanda, yarış həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanı qazanacaqlar.

Yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Bu lisenziya marşallara təkcə Azərbaycanda deyil, Formula 1 üzrə Qran-Pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə də qatılmaq hüququ verəcək.


22930 oxunub

InvestAZ