XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karate üzrə ümumrespublika seminarı keçirilib
İdman 11:07 / 05.02.2024

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunda karate üzrə ümumrespublika seminarı keçirilib.

Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindənverilən məlumata görə, seminarda AKF-nin nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib.

700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı 2 saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.

AKF-nin vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, İdarə Heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.



20091 oxunub

InvestAZ