XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sonuncu Avropa çempionu həyatla vidalaşdı
İdman 15:28 / 04.02.2024

İsveç millisinin sabiq futbolçusu Kurt Hamrin 89 yaşında vəfat edib. Bu barədə İsveç Futbol Assosiasiyasının saytında məlumat verilib. "İsveç futbolunun ən böyük simalarından biri bizi tərk etdi. Hamrin 1958-ci ildə İsveçin Dünya Çempionatında gümüş medal qazanmasında mühüm rol oynayıb. O, AİK və "Fiorentina”nın əfsanəsidir”, - deyə bəyanat yayılıb. Məumat üçün bildirək ki, Kurt Hamrin 1934-cü il noyabrın 19-da Stokholmda anadan olub. O, karyerası ərzində İsveçin AİK və Stokholm klublarında, həmçinin İtaliyanın "Yuventus”, "Padova”, "Fiorentina”, "Milan” və "Napoli” klublarında çıxış edib. O, A Seriyasında ən çox qol vuran oyunçulardan biri olub. İsveç millisinin tərkibində 1958-ci ilin vitse-dünya çempionu, finalda Pele ilə Braziliya millisinə uduzaraq (2:5) həmin turnirdə final matçının sonuncu iştirakçısı olub.


18749 oxunub

InvestAZ