XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçumuz Parisdə gümüş medal qazandı
İdman 23:32 / 03.02.2024

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirində ikinci yarış gününə yekun vurulub. Komandamız günü bir gümüş medalla başa vurub. Təmsilçilərimizdən 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, 107 ölkədən 621 (365 kişi, 256 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 5 çəki dərəcəsində 9 idmançı ilə təmsil olunur.

"Böyük Dəbilqə” turnirinə fevralın 4-də yekun vurulacaq.


19360 oxunub

InvestAZ