“Zadəganlar”ın “mavi əjdahalı” geyimi təqdim edildi
İdman 18:43 / 03.02.2024
London "Çelsi"si kişi və qadın komandaları üçün cari "Əjdaha ili”nə həsr olunmuş yeni məşq dəstlərini təqdim edib. Bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. Forma ənənəvi mavi rəngdə hazırlanıb. Arxa hissəsində əjdaha rəsmi yer alıb. "Zadəganlar” yeni formanı sabah "Vulverhempton” ilə matçda geyinəcəcəklər. Qadınlardan ibarət komanda isə "Everton”la matça bu geyimdə çıxacaqlar.
22371 oxunub