XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



6 dəst ayaqqabı 8 milyon dollara satıldı
İdman 11:44 / 03.02.2024
Əfsanəvi keçmiş basketbolçu Maykl Cordanın altı idman ayaqqabısı kolleksiyası hərracda 8 milyon dollardan çox qiymətə satılıb. Satılan dəstlər arasında "Air Jordan VI” (1991), "Air Jordan VII” (1992), "Air Jordan VIII” (1993), "Air Jordan XI” (1996), "Air Jordan XII” (1997) və "Air Jordan XIV” (1998) idman ayaqqabıları yer alıb. "Çikaqo Bulls”da Cordan bu ayaqqabıları geyinərək, altı NBA Finalında qalib gəlib. Satılan ayaqqabıların bəzilərində basketbolçunun avtoqrafı da var.

ESPN xəbər verir ki, lotun yekun qiyməti 8 032 800 dollar olub. Bu məbləğ əvvəllər idman yarışlarında geyilən idman ayaqqabılarının satışı üzrə dünya rekordudur.

Qeyd edək ki, Maykl Cordan 1984-2003-cü illərdə Milli Basketbol Assosiasiyasında (NBA) oynayıb. Karyerası ərzində o, altı dəfə NBA çempionluğunu qazanıb.

17333 oxunub

InvestAZ