XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bəhruz Nəbiyev: “Bu vəzifəyə Azərbaycan nümayəndəsinin prezident seçilməsi sevindiricidir”
İdman 14:16 / 02.02.2024

"Sevindirici haldır ki, Azərbaycanın ən qədim atüstü oyunlarından olan çövkən artıq beynəlxalq federasiya tərəfindən təbliğ olunacaq".

Bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilən Bəhruz Nəbiyev qurumun təsis edilməsi ilə əlaqədar keçirilmiş Baş Assambleyanın yekun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, səsvermədə iştirak edən 19 ölkənin nümayəndəsinə təşəkkür etdiyini bildirib: "Seçkilərdə tam dəstək alaraq federasiyanın ilk prezidenti seçildim. Bu vəzifəyə Azərbaycan nümayəndəsinin prezident seçilməsi sevindiricidir".
B.Nəbiyevin sözlərinə görə, federasiya daxilində 6 regional qrup fəaliyyət göstərir: "Onlardan beşi bu Assambleyada təmsil olunurdu. Nigeriya, Özbəkistan, Çexiya, Avstraliya və Argentinanı təmsil edən nümayəndələr bu qrupların rəhbəri seçildilər".

Qitə və dünya çempionatları ilə bağlı müzakirələrin aparılacağını qeyd edən federasiya rəhbəri deyib: "Həmin turnirlərin tarixlərini və növbəti iclasımızın keçiriləcəyi məkanı müəyyənləşdirəcəyik. Bu gün beynəlxalq çövkən qaydalarını da təsdiq edəcəyik".

Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə baş katibi seçilib.


24979 oxunub

InvestAZ