XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız "Böyük dəbilqə" turnirində mübarizəyə başlayırlar
İdman 10:41 / 02.02.2024

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə” turnirinə start veriləcək. 107 ölkədən 621 (365 kişi, 256 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da mübarizə apacaq. Komandamız turnirdə yalnız kişilərin yarışında 5 çəki dərəcəsində 9 idmançı ilə təmsil olunacaq. Turnirin ilk günündə iki cüdoçumuz tatami üzərinə çıxacaq. Komandamızın hər iki üzvü 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Təmsilçilərimizdən Nazir Talıbov ilk görüşdə ukraynalı Artyom Leşukla, Əhməd Yusifov isə tacikistanlı Mehrzod Sufiyevlə üz-üzə gələcək.

"Böyük Dəbilqə” turnirinə fevralın 4-də yekun vurulacaq.


19418 oxunub

InvestAZ