XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri müəyyənləşib
İdman 12:57 / 01.02.2024

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən "fair-play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qaliblər Niderlandın Veyk-an-Zee şəhərindəki "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların "fair play” prinsipləri nəzərə alınmaqla elan olunub.

Vüqar Həşimov Şahmat Fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və "challenge"in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van Den Berq təqdim edib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, "Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və digərləri sahib çıxıblar.


21422 oxunub

InvestAZ