XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda Paris Olimpiadasına lisenziya xarakterli atletika yarışı keçiriləcək
İdman 13:48 / 31.01.2024

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasının (AAF)mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından olan idmançılar mübarizə aparacaqlar.

Gənclər və İdman Nazirliyi, AAF və "Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.

Yarış fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində keçiriləcək.


18563 oxunub

InvestAZ