XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıdakı lisenziya turnirində iştirak edəcək badmintonçularımız müəyyənləşdi
İdman 15:26 / 31.01.2024

Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək "Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti müəyyənləşib.

Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 18 üzvü mübarizə aparacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanı Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu təmsil edəcək.

Yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Azerbaijan International 2024” yarışı fevralın 8-11-də baş tutacaq.a


20688 oxunub

InvestAZ