XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Murov Az Terminal” liderliyi ələ keçirdi
İdman 00:06 / 31.01.2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrənin oyunlarına start verilib.

Günün ikinci qarşılaşmasında "Murov Az Terminal” və "Abşeron” klubları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən matçda ilk setdən təşəbbüsə yiyələnən "Murov Az Terminal” üstünlüyünü sonadək qoruyub və 3:0 hesablı qələbə qazanıb.

Günün ilk oyununda isə "Gəncə” "Milli Aviasiya Akademiyası”nı 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, xallarının sayını 26-ya çatdıran (9 qələbə) "Murov Az Terminal” liderliyə yüksəlib. "Azərreyl” 24 xalla (8 qələbə) 2-ci, "Abşeron” 21 xalla (7 qələbə) 3-cü, "Gəncə” 15 xalla (5 qələbə) 4-cü, "Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Qeyd edək ki, turun son oyunu yanvarın 31-də UNEC və "Azərreyl” komandaları arasında olacaq.


18046 oxunub

InvestAZ