XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: “Qarabağ” “Sabah”a şans vermədi
İdman 21:45 / 30.01.2024

​​​​​​​Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Mərhələnin maraqla gözlənilən oyunlarından biri "Sabah" və "Qarabağ" komandaları arasında olub. Oyun Qurban Qurbanovun komandasının 1:7 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Olavio Juninyo (28, 55) və Abdullah Zubir (77, 89+3) dubla imza atıblar. "Köhlən atlar”ın heyətində digər qolları Hamidu Keyta (20), Nəriman Axundzadə (45+5) və Adama Diakabi (87) vurub. "Sabah”ın təsəlli qolunun müəllifi isə 63-cü dəqiqədə Cesse Sekidika olub.

Bu komandalar arasında cavab matçı fevralın 8-də keçiriləcək.



17894 oxunub

InvestAZ