XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Təşkilat Komitəsi təhlükəsizlikdən narahatdır
İdman 19:21 / 30.01.2024
Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ölkəyə gələcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə büdcənin artırılmasını istəyir.
Bu barədə Təşkilat Komitəsinin rəhbəri Toni Estanq bildirib.
"Təhlükə səviyyəsi daim yenilənir. Buna görə də polis və təhlükəsizlik xidmətləri Olimpiya Oyunlarında hər bir iştirakçının və tamaşaçının təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Təhlükəsizliyin təmin olunması təxminən 300 milyon avro tələb olunur. Ola bilsin ki, bu məbləğ bir qədər də artırılsın. Bu, bizim əsas işimizdir”, - deyə o yerli mətbuata məlumat verib.
Toni Estanq həmçinin 1972-ci il Olimpiadasında baş vermiş terror aktını xatırladaraq, İsrail yığmasının və nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını da gizlətməyib.
Məlumat üçün bildirək ki, Parisdə-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

18682 oxunub

InvestAZ