XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



18 il sona Azərbaycana qayıdan Rimas Kurtinaytisdən açıqlama
İdman 16:50 / 30.01.2024

"18 ildən sonra Azərbaycana qayıdıram. Əvvəllər burada fəaliyyət göstərdiyim üçün ölkə basketboluna bələdəm”.

Bu sözləri "Sabah” basketbol klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis Litva mətbuatına açıqlamasında deyib.

63 yaşlı mütəxəssis son illər Azərbaycan basketbolunda vəziyyətin müsbətə doğru dəyişdiyini bildirib: "Əvvəlki illərlə müqayisədə daha rəqabətli liqa yaradılıb. Çempionatın yeni klubu "Sabah” yarandığı ilk ildə qızıl medallara sahib çıxıb. Bu klub Litvanın aparıcı komandalarından fərqli olaraq, yeni legionerlər transfer etməyə hazırdır”.

2002-2006-cı illərdə Azərbaycan millisinə və "Qala” klubuna başçılıq etmiş R.Kurtinaytis ölkəmizdəki karyerasını da xatırlayıb: "Burada hər şeyə sıfırdan başlamışdıq. Liqa və milli komandanı formalaşdırdıq. 2005-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olduq. Yeri gəlmişkən, yarımfinalda bir neçə ildən sonra olimpiadaya lisenziya qazanan İran millisini məğlub etmişdik”.

Qeyd edək ki, Rimas Kurtinaytis "Sabah”la 1,5 illik müqavilə imzalayıb.


19535 oxunub

InvestAZ