XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rusiya millisindən qızıl medalları aldılar
İdman 16:27 / 30.01.2024

Fiqurlu konkisürmə üzrə Rusiya komandası Pekin-2022 Qış Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum olunub. Bu barədə məlumatı Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti yayıb. 

Belə ki, rusiyalı fiqurlu konkisürənlər 2022-ci il olimpiadasında komanda yarışlarında birinci yeri tutsalar da, heyətdə yer alan Kamilə Vəliyevadan 2021-ci ilin dekabrında götürülmüş dopinq testi müsbət nəticə verib. Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) Kamilə Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yarışlardan kənarlaşdırıb. Qaydaya əsasən idmançının diskvalifikasiya müddəti 2021-ci ilin dekabrında başlayır. Bundan əlavə onun bu dövrə qədər əldə etdiyi nəticələr ləğv edilib.

Yekun nəticəyə əsasən qızıl medallar fiqurlu konkisürmə üzrə ABŞ komandasına təqdim olunacaq. Yarışların gümüş medallarına isə Yaponiya komandası layiq görüləcək. Rusiya millisi bürünc medallarla kifayətlənib.


21862 oxunub

InvestAZ