XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya şöhrətli mütəxəssis Rimas Kurtinaytis "Sabah"ın baş məşqçisi təyin olundu
İdman 15:10 / 30.01.2024

Tanınmış basketbol mütəxəssisi, Olimpiya və Avropa çempionu Rimas Kurtinaytis "Sabah” Baketbol Klubunun baş məşqçisi təyin olunub.
Bu barədə"Sabah”komandasının mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 63 yaşlı litvalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı"shooter”lərindənhesab olunan Rimas Kurtinaytis oyunçu kimi "Jalgiris” (Litva), ÇSKA (Rusiya), "Real Madrid” (İspaniya) klublarının idman şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə "Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə "Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Rimas Kurtinaytis 2010/2011 mövsümündə "Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Azərbaycan millisinin və Bakının "Qala” klubunun baş məşqçisi olub. Azərbaycan millisi onun rəhbərliyi altında 2005-ci ildə Məkkədə təşkil olunan I İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.


19519 oxunub

InvestAZ