XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şpaqaçılarımız “Cadet Circuit” turnirində iştirak ediblər
İdman 13:12 / 30.01.2024

Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın "Cadet Circuit” turnirində çıxış ediblər.

Qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında 14-cü olan Xədicə Həsənliyə məxsusdur.

Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yığmamız komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstanı 45:24 hesabı ilə məğlub edib. Ən güclü "səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran millimiz yarımfinal uğrunda keçirilən görüşdə Ukraynaya 29:45 hesabı ilə məğlub olub.

Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət milli komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada 45:41 hesablı qalibiyyət əldə edib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.


17995 oxunub

InvestAZ