XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Premyer Liqası: "Neftçi" ikinci pilləni ələ keçirdi
İdman 19:49 / 28.01.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına yekun vurulub.

Turun son oyununda "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 67-ci dəqiqədə Dieqo Valdes fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 87-ci dəqiqədə Emil Səfərov "Qəbələ"nin yeganə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdədir.


18401 oxunub

InvestAZ