Azərbaycan Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib
İdman 16:29 / 28.01.2024
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Seminarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər. AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
19690 oxunub