XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: Bu gün XX tura yekun vurulacaq
İdman 11:31 / 28.01.2024

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına yekun vurulacaq.

Turun son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə "Araz-Naxçıvan" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Dalğa Arena”da təşkil olunacaq oyun saat 15:00-da başlayacaq.

Naxçıvan klubu 26 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 30 xalla 3-cüdür.

Tura "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. "Neftçi Arena”da keçiriləcək oyunun start fiti saat 17:30-da çalınacaq. Paytaxt təmsilçisi 29 xalla 4-cü, "qırmızı-qaralar" isə 14 xalla 10-cudur.


20270 oxunub

InvestAZ