XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“NBA-da nələr baş verir?!”
İdman 22:27 / 27.01.2024

"Los-Anceles Leykers”in əfsanəsi Mecik Conson Milli Basketbol Assosiasiyasının adi mövsümündə "Atlanta Hawks - Dallas Mavericks” matçında 73 xal toplayan Luka Donçiçin inanılmaz çıxışını şərh edib. "NBA-da nələr baş verir?! Liqa başqa bir üstün performans sayəsində alovlanır. Bu dəfə Luka Donçiç! 73 xal! Lukanı bu axşam 73 xal və 10 ribaundla möhtəşəm oyununa görə təbrik edirik. Onun "Mavericks"i Hawks-ı 148:143 hesabı ilə məğlub etdi", - Mecik X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. Qeyd edək ki, Luka Donçiç 73 xal toplayıb və bununla da adi NBA çempionatı oyununda topladığı xallara görə, yeni şəxsi rekorda imza atıb. NBA-da cəmi dörd oyunçu 73 xal həddinə çatıb. Onlardan Wilt Çemberlen, Kobi Bryant, Deyvid Tompson və indi də Donçic bu nailiyyəti arxada qoyub.


22267 oxunub

InvestAZ