XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İş adamı nömrəsini satışa çıxarıb
İdman 21:31 / 27.01.2024

Avtomobil üçün nadir qeydiyyat nişanlarının satıldığı "RegTransfers” onlayn platformasında F1 nişanı satışa çıxarılıb. Onun dəyəri 15 milyon funt sterlinqdir (19,1 milyon dollar).

Bu nişan ilk olaraq 2008-ci ildə "Kahn Design” tüninq studiyasının yaradıcısı, iş adamı Afzal Xana məxsus olub. Kahn bunun üçün Britaniya xəzinəsinə 375 min funt sterlinq (478 min dollar) ödəyib. Əvvəlcə F1 nömrəsi "McLaren” SLR-də quraşdırılıb. 2010-cu ildə Xan onu "Bugatti Veyron”a köçürmüşdü. Bildirilib ki, ona nömrəni satmaq üçün ən azı iki təklif edilib. O, əvvəlcə 5 milyon funt-sterlinq (6,4 milyon dollar) təklifi rədd edib, sonra isə 12 milyon funt-sterlinqlə (15,3 milyon dollar) razılaşmayıb. Bildirilir ki, dövlət nömrə nişanının yeni sahibi "RegTransfers”də göstərilən məbləğdən əlavə vergi ödəməli olacaq. Beləliklə, alış ən azı 18 milyon funt-sterlinqə (23 milyon dollar) başa gələcək.

 

 


18296 oxunub

InvestAZ