XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” son dəqiqələrdə qələbə qazandı
İdman 17:38 / 27.01.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir.

Bu gün təşkil olunan günün ilk oyununda "Kəpəz" və "Qarabağ" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan oyunda hesab 72-ci dəqiqədəa açılıb. Olavale Onanuqa fərqlənməklə "Kəpəz”i hesabda önə keçirib. Lakin Ağdam təmsilçisi 7 dəqiqə sonra hesablı bərabərləşdirməyə müvəffəq olub. Olavio Juninyo fərqlənib. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltidən fərqlənməklə "Qarabağ”a qələbə qazandırıb.

Qurban Qurbanovun komandası bu qələbə sayəsində xallarının sayını 47-yə çatdıraraq liderliyini bir qədər də möhkəmlədib. Aktivində 17 xalı olan "Kəpəz" isə 9-cudur.


22489 oxunub

InvestAZ