XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqası: "NTD-İndiqo"dan növbəti qələbə
İdman 17:03 / 27.01.2024

Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün yeganə qarşılaşması "Gəncə” və NTD-İndiqo komandaları arasında olub. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan oyun Xaçmaz təmsilçisinin 94:80 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xalını 22-yə çatdıran NTD-İndiqo 2-ci pillədə qərarlaşıb. "Gəncə” isə 14 xalla 9-cu yerdə qalıb.

Turun əvvəlki oyunlarında "Xəzri” "Cəlilabad”a 100:81,”Xırdalan” "Sabah”a 107:103 "Sərhədçi” isə "Sumqayıt”a 91:63 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək "Şəki” – "Neftçi” görüşü ilə yekun vurulacaq.


19641 oxunub

InvestAZ