XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanlı məşqçi beynəlxalq mükafata layiq görülüb
İdman 16:05 / 27.01.2024

​​​​​​​Beynəlxalq Şahmat Federasiyası - FIDE 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən verilən məlumata görə, FIDE-nin rəsmi saytında yayılan məlumata əsasən beynəlxalq qrossmeyster, Əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.


22990 oxunub

InvestAZ