XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti Şəmkirdə yeniyetmə voleybolçuların məşqini izləyib - FOTO
İdman 10:26 / 27.01.2024
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Şəmkir rayonunda səfərdə olub. 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Şahin Bağırov burada Tovuz Regional Voleybol Klubunun Şəmkir rayonundan olan üzvləri ilə görüşüb. Federasiya prezidenti Şəmkir rayon Məhəmməd Füzuli adına tam orta məktəb-liseyində keçirilən yeniyetmələrin məşqini izləyib. Daha sonra idmançılarla söhbət edən federasiya prezidenti onlara yaradılan şəraitlə tanış olub. Ş.Bağırov yeniyetmələrə peşəkar  voleybolçu olmaq istiqamətində tövsiyələrini verib.
Qeyd edək ki, AVF bölgələrdə yaradılan regional voleybol klublarını daim diqqətdə saxlayır. Bu klublarda məşq keçən voleybolçular arasında mütəmadi olaraq seleksiya işləri həyata keçirilir və seçilən idmançılar gələcəkdə yığma komandalara cəlb olunacaqlar.


22008 oxunub

InvestAZ