İdman 23:22 / 26.01.2024
Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatına vəsiqə qazanıb. Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançımız bu uğurabu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən "Ephesus Cup” yarışında nail olub.Səbinə Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və 2-ci yerə sahib çıxıb.