XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Atletika üzrə qış çempionatına start verilir
İdman 12:01 / 26.01.2024

Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə atletika üzrə qış çempionatına start veriləcək.

Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparacaq.

Turnirin proqramına 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, 4x200 metr qarışıq estafet qaçış növləri daxildir.

40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 27-də yekun vurulacaq.



19988 oxunub

InvestAZ